Şamaxıda keçiriləcək ilk ev oyunumuzda yaxşı nəticə əldə etməyə
çalışacağıq.
Bunu Trend-ə “Şamaxı” futbol klubunun baş məşqçisi Sənan Qurbanov deyib.
“Komandamız çempionatın digər oyunları kimi, “Neftçi” ilə də
oyuna əzmlə hazırlaşır. Komandamızın heyətində itkilərimiz də var.
Buna baxmayaraq çalışacağıq ki, oyunda bu itkilərimizin yerini
layiqincə dolduraq.
Sabah yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Azarkeşlərin oyuna marağı böyükdür. Bu gün Şamaxıda ilk ev
oyunumuzun son məşqinə çıxacağıq”,- deyə S.Qurbanov bildirib.
Qeyd edək ki, sabah Azərbaycan Premyer Liqası, XXII turu
çərçivəsində Şamaxı şəhər stadionunda “Şamaxı”- “Neftçi” oyunu baş
tutacaq. Oyun saat 14:00-da başlayacaq.