Bakı, Sumqayıt və Abşeron üzrə aprel pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri,
Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat
maddi yardımın ikinci rüb üzrə nəzərdə tutulan hissəsi (50 manat)
da aprel ayının pensiyasının üzərinə əlavə olunub.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq
bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar,
həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin
pensiyaları da ödəniləcək.

Teqlər: