Şamaxıda ev yanıb

Şamaxı rayonunun Qaravəlli kəndində ümumi sahəsi 200 kv.m olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər: