Şamaxıda 3 yeniyetmə süni göldə boğuldu

Şamaxıda 3 yeniyetmə süni göldə boğuldu

İyulun 20-də Şamaxı rayonu ərazisində yerləşən süni göldə üç nəfər yetkinlik yaşına çatmayan şəxsin suda boğulması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AzerTimes-a Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Şamaxı rayon sakinləri 2008-ci il təvəllüdlü Rəvan Mirzəyev, 2006-cı il təvəllüdlü Ağaqardaş Rəhimov və Fərid Rəcəbov rayonun Əhmədli kəndində Pirsaat çayının yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sərxan Osmanov tərəfindən aidiyyəti dövlət orqanlarından rəsmi icazə alınmadan və müvafiq təhlükəsizlik tədbirlərinə əməl edilmədən ödənişli çimərlik kimi istifadəyə verilən süni yaradılmış göldə çimərkən suda boğulmuşlar, nəticədə Ağaqardaş Rəhimov və Rəvan Mirzəyevin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir.

Teqlər: