Şamaxı Rəsədxanasının ətrafında yeni binaların tikilməsi və yol çəkilişi astronomik müşahidələrə mənfi təsir göstərib – İçraçı direktor

Son illərdə Şamaxı rayonunda turizmin inkişafı, Rəsədxananın yaxın­lı­ğın­da yeni binaların tikilməsi, yolların çəkilməsi, süni işıq və tozlanma mənbələrinin artması nəti­cə­sin­də ŞAR-ın ərazisində astroiqlim şəraiti ciddi şəkildə pozulub. Bu da astronomik müşahidələrin keyfiyyətinə ciddi mənfi təsir göstərib.

AzerTimes-ın məlumatına görə, bunu Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağında deyib.

Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cə­li­lov isə ya­xın gələcəkdə ŞAR-da kosmik peyklərdə, pilotsuz uçuş aparatlarında və yer­­üstü poliqonlarda apa­rılan spektrofotometrik ölçmələr vasitəsilə alınmış təsvirlər əsasında at­mos­­fe­rin kim­yəvi aerozol çirklənməsinin, transsərhəd hava axınlarının məsafədən moni­to­rin­qi­nin ke­­çi­ril­­mə­si, proqnozunun verilməsi və digər prioritet istiqamətlər üzrə həyata keçiriləcək elmi tədqiqat planlarına diqqət çəkib.


İclasda rəsədxananın mövcud teleskoplarının maddi-texniki bazasının möh­kəm­ləndirilməsi, avtomatlaşdırılması və onların müasir işıq qəbulediciləri ilə təmin edilməsi, həm­çi­nin Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansiyanın yara­dıl­ma­sı və stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdırılması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Teqlər: