“Şamaxı”-ın baş məşqçisinin istefası qəbul olundu

“Şamaxı” Futbol Klubunun baş məşqçisi Sənan Qurbanov
15.04.2022-ci il tarixdə keçirilmiş “Qarabağ”-“Şamaxı” oyunundan
sonra tutduğu vəzifədən istefa vermişdir.

Trend xəbər verir ki, bu gün klub rəhbərliyi baş məşqçinin bu
qəraını müzakirə etmiş və Sənan Qurbanovun istefasını qəbul
edib.

Klub rəhbərliyinin digər qərarı ilə əsas komandanın baş
məşqçisinin vəzifəsinin icrası Rüstəm Əliyevə, ikinci komandanın
baş məşqçisinin vəzifəsinin icrası isə Rail Məlikova həvalə
olunub..

Teqlər: