Salyanda qanunsuz tikintinin qarşısı alınıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması
istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Salyan rayonu,
Pambıqkənd kəndində vətəndaş Ağayeva Sevda Əlövsət qızı tərəfindən
müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması
faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər
nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə
götürülüb.

Teqlər: