Salyanın Yuxarı Noxudlu kəndində qızdırıcı cihazın partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, kənd sakini, 1987-ci il təvəllüdlü Həsənov Amid Əmrah oğlu öz evinin həyətində qızdırıcı cihazla (“primus”la – red) iş görərkən cihaz partlayıb.
A.Həsənov partlayış zamanı ağır yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.