Lukaşenko İrana gəldi

Lukaşenko İrana gəldi

Belarus Prezidenti Aleksandr Lukaşenko İrana rəsmi səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Belarus lideri İran Prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq.

Görüş zamanı Belarus və İran arasında əməkdaşlıq üçün hərtərəfli yol xəritəsinin imzalanması olacağı gözlənilir.

Bildirilib ki, Lukaşenko İrana səfəri zamanı birinci vitse-prezident Məhəmməd Möhbər, İslam Şurası Assambleyasının sədri Məhəmməd-Bagir Qalibaf və İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə də bir araya gələcək.

Qeyd edək ki, bundan öncə də Belarus hökumətinə yaxın Teleqram kanalları Lukaşenkonun İrana səfər edəcəyi barədə məlumat yaymışdı.

Teqlər: