Salyanda mağaza yanıb

Salyan rayonunda ümumi sahəsi 875 kv.m olan ərzaq mağazasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mağazanın alkapondan ibarət tavanı və içərisində mallar 30 kv.m sahədə yanıb.


Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: