Xəbər - Trend
İyunun 27-i saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Salyan Rayon Prokurorluğundan AzerTimes-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.