Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlandı

Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

AzerTimes-ın məlumatına görə, seçkilərin nəticələrini Ermənistan Mərkəzi Seçki Komissiyası yayıb.

Məlumata əsasən, baş nazir vəfizəsini icra edən Nikol Paşinyanın “Mülki Müqaviləsi” partıyası qalib gəlib (53.91 faiz səs), ikinci yeri keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku (21.9 faiz səs) tutub.


Seçki Komissiyasının nümayəndəsi Tiqran Mukuçyan bildirib ki, yekun nəticələrə görə, “Mülki Müqavilə” partıyasıba 687 761 (53.91 faiz), “Ermənistan” blokuna isə 269 481 (21,9 faiz) seçici səsə verib

N.Paşinyanın partiyası və R.Koçaryanın blokundan əlavə, Ermənistanln üçüncü prezidenti Serj Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Şərəfim var” bloku da 5.22 faiz səs qazanaraq parlamentə daxil oldu.