Salyanda balıqçını elektrik cərəyanı vurdu

Salyanda balıqçını elektrik cərəyanı vurdu

Salyanda balıq ovlayan şəxsi elektrik cərəyanı vurub.

AzerTimes Report-a istinadla xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisindən keçən, el arasında “Ana zığlıq” adlanan kollektorda qeydə alınıb.

İlkin məlumata görə, kollektorda balıq tutmaq istəyən Lənkəran rayon sakini, 1989-cu il təvəllüdlü Orxan Baba oğlu Babayev tilovunu suya atmaq istəyərkən kollektorun üzərindən keçən elektrik məftilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub.

Kənd sakinləri tərəfindən O.Babayevə ilkin yardımı göstərilib. Sonra Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: