Salyanda avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayon sakini Vidadi Doj idarə etdiyi “VAZ” markalı avtomobil ilə gecə saatlarında yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri etmiş və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunacaq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə V.Doj sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 500 manat məbləğində cərimə olunub.

Teqlər: