Salyan rayonunda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
AzerTimes Report-a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hunday” markalı avtomobil minik maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.
2018-ci il təvəllüdlü Həsənli Ağakərim Təbriz oğlu, 2014-cü il təvəllüdlü Həsənli İsmayıl Təbriz oğlu, 1960-cı il təvəllüdlü Həsənova Nəzakət Xeyrulla qızı, 2012-ci il təvəllüdlü Qasımova Cığatel Ayaz qızı, 2022-ci il təvəllüdlü Həsənli Zəhra Təbriz qızı, 1996-cı il təvəllüdlü Həsənova Fatma Ceyhun qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.