İnsan geninə nəzarət metodu tapıldı

İnsan geninə nəzarət metodu tapıldı

Sürixdəki Ali Texniki Məktəbinin alimləri genləri elektriklə idarə etməyi bacarıblar.

AzerTimes xəbər verir ki, araşdırmanın nəticələri “Nature Metabolism” jurnalında yayımlanıb.

Alimlər iki tibbi iynə və xüsusi proqram təminatından ibarət cihazdan istifadə ediblər. Bu iynələrdən keçirilən elektrik cətəyanı vasitəsilə alimlər genləri açıb-bağlaya biliblər.

Tədqiqatçıların fikrincə, bu, bioloji və elektron sistemlər arasında əlaqəni təmin edə biləcək. Təcrübələr göstərib ki, şəkərli diabetli insanlarda qan şəkərinin səviyyəsini normal saxlamaq üçün gündə bir dəfə 10 saniyə 4,5 V cərəyan kifayət edir.

Müəlliflər gələcəkdə bu texnologiyanı müxtəlif xəstəliklərlə, o cümlədən metabolik sindromla mübarizə aparmaq üçün tibbi cihazlarda, protezlərdə və fitnes-trekerlərdə tətbiq etməyi planlaşdırırlar.

Teqlər: