Salyanda 52 yaşlı kişi küçədə qətlə yetirilib

Mayın 24-ü saat 01 radələrində Salyan rayonu ərazisində rayon
sakini 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.

Salyan rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış
araşdırmalarla rayon sakini 1991-ci il təvəllüdlü İnsanağa
Əsgərovun qeyd edilən tarixdə küçədə yolu piyada keçən Natiq
Əhmədova yaxınlaşaraq kəsici-deşici alətlə onun sol döş qəfəsinə
daxilə nüfuz edən və qarının ön divarının sol nahiyəsinə daxilə
nüfuz etməyən xəsarətlər yetirməsi nəticəsində sonuncunun
xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: