Salyanda 14 yaşlı oğlan itkin düşdü

Salyan rayon sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Salyan rayonu Kürsəngi kənd sakini
X.Məmmədova cari ilin mart ayının 8-də Rayon Polis Şöbəsinə
müraciət edərək, 7 mart tarixində oğlu, 2008-ci il təvəllüdlü
H.Hacıyevin yaşadıqları evdən çıxması və bir daha geri qayıtmaması
barədə məlumat verib.

H.Hacıyevin əlamətləri belədir: boyu 170 sm., arıq bədən
quruluşlu, sarışın və qısa saçlı.

Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli
köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində
məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin
Salyan Rayon Polis Şöbəsinə və 055-390-87-87 mobil nömrəsinə zəng
vuraraq məlumat vermələri xahiş olunur.

Teqlər: