Sallivan nüvə müharibəsinin başlanmasını təsdiqlədi – Muradov

Sallivan nüvə müharibəsinin başlanmasını təsdiqlədi – Muradov

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın ABŞ hərbi silahları ilə Krıma hücum barədə səsləndirdiyi fikirlər nüvə müharibəsinin başlanmasını təsdiqlədi.

AzerTimes xəbər verir ki, bu barədə “Krım hökuməti”nin “baş nazirinin müavin”i Georgi Muradov deyib.

“Həyati təhlükənin qarşısının alınmasına zəmanət vermək üçün çox təhlükəli olan bu silahların nöqtələrini məhv etmək lazımdır. Belə məntəqələr əsasən Polşa və Rumıniyadakı aerodromlardır. Adi silahlar onları məhv etmək üçün kifayət etməyəcək. Bu ölkələrin taleyi Vaşinqtonu maraqlandırmır. Belə bir ssenaridə ilk növbədə Şərqi Avropanı fəlakət gözləyir”, – Muradov bildirib.

Teqlər: