Saleh Məmmədov Bakıda təmir edilən yollara baxdı – Video

Saleh Məmmədov Bakıda təmir edilən yollara baxdı – Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və Agentliyin digər vəzifəli şəxsləri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib.

AzerTimes xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Məlumata görə, bu çərçivədə paytaxtın 8 Noyabr prospekti, Zığ-Hava limanı avtomobil yolunda və Əhməd Rəcəbli küçəsində əsaslı təmir işləri aparılır.

Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparılan təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur. Bunun üçün ərazilərə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib.

Teqlər: