“Sakit” ailəvi istirahət mərkəzində pandemiya tələbləri pozulub

Xəbər - Çingiz Səfərli – Trend:

Şəmkir şəhəri, Nizami küçəsində fəaliyyət göstərən fiziki şəxs Əliyev Asəf Sakit oğluna məxsus “Sakit” ailəvi istirahət mərkəzində keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata əsasən, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.


Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Teqlər: