Bakıda bu evlərin qiyməti ucuzlaşıb

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.

Bu barədə AzerTimes-ə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.

Belə ki, oktyabr ayında Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 5,78 faiz ucuzlaşma qeydə alınıb.

Oktyabr ayında bahalı evlərin bir kvadratmetrinin qiyməti 3 351 manat, orta qiyməti olan evlərin dəyəri 705 manat, ucuz evlərin isə bir kvadrat metrinin qiyməti 307 manat təşkil edib.

Teqlər: