Sakaşavili ilə bağlı daha bir müraciət: Azad olunmalıdır!

Sakaşavili ilə bağlı daha bir müraciət: Azad olunmalıdır!

Gürcüstanın assosiasiya sazişinin icrasına dair hesabatda hazırlanan düzəlişlərlə bağlı Avropa Parlamentinin deputatları hakimiyyəti humanitar əsaslarla eks-prezident Mixail Saakaşvilini azad etməyə çağırıblar.

AzerTimes xəbər verir ki, bununla bağlı bir sıra parlamentarilər öz təkliflərini qeyd ediblər.

Avropa Parlamentinin deputatları Anna Fotiqa, Cek Sariusz-Volski və Asita Kanko tərəfindən hazırlanan düzəlişin mətnində qeyd olunur ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili humanitar əsaslarla və siyasi qütbləşmənin azaldılması məqsədi ilə o, azad edilməlidir:

“Səhhəti daim pisləşən keçmiş prezident Mixail Saakaşvili hələ də lazımi müalicə ilə təmin olunmadığından və bu onun həyatı üçün qorxuya səbəb olduğundan, komissiyanı namizədin verilməsi üçün ilkin şərt kimi keçmiş prezidentin azadlığa buraxılmasını qəbul etməyə çağırırıq. Komitə hələ də həbsdə olan eks-prezident Mixail Saakaşvilinin səhhətindən narahatdır.

Saakaşvilinin hüquq və ləyaqətini tam şəkildə qorumaq üçün Avropa İttifaqının liderlərindən və ittifaqa hazırkı və gələcək sədrlik edən ölkələrin “Gürcü Arzusu” liderlərinə təzyiq göstərməyi xahiş edir. Gürcüstan hökuməti onun sağlamlığı və rifahı üçün tam məsuliyyət daşıyır. Gürcüstan prezidentini bu məsələni həll etmək üçün öz konstitusiya preroqativlərindən istifadə etməyə çağırır. Təəssüf edirik ki, Gürcüstan hakimiyyəti Aİ siyasətçilərini saxlanılan ictimai xadimləri ziyarət etməsinə icazə vermir”, – deyə parlamentarilərin müraciətində bildirilir.

Qeyd edək ki, bu gün Avropa Parlamentinin Xarici Komitəsi Gürcüstan tərəfindən Aİ Assosiasiyası Sazişinin icrası ilə bağlı təqdim etdiyi hesabata baxır, bununla bağlı bir neçə Avropa Parlamentinin deputatı düzəlişlər hazırlayıb.

Teqlər: