Şairlər Məqbərəsinə fişənglə hücum edildi

Şairlər Məqbərəsinə fişənglə hücum edildi

Təbrizdə naməlum şəxslər kustar üsulla hazırlanmış fişənglərlə Şairlər Məqbərəsinə hücum ediblər.

AzerTimes xəbər verir ki, bununla bağlı “Təbriz Turan” Teleqram kanalı məlumat yayıb.

Təxribat nəticəsində məqbərənin çöl hissəsi zədələnib.

Qeyd edək ki, Şairlər Məqbərəsində, əsasən, Azərbaycanın orta əsr şairləri, o cümlədən Əsədi Tusi, Qətran Təbrizi, Ənvəri Əbivərdi kimi böyük şairlər dəfn edilib. Məhəmmədhüseyn Şəhriyarın məzarı da burada yerləşir.

Teqlər: