Şahruddin “Qalatasaray”a qarşı oynadı, 3 qol buraxdı

Şahruddin “Qalatasaray”a qarşı oynadı, 3 qol buraxdı

Türkiyə Superliqasında 34-cü tura start verilib.

AzerTimes xəbər verir ki, günün yeganə oyununda “Adana Dəmirspor” və “Qalatasaray” komandaları üz-üzə gəliblər. Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Hakim Ziyeş açıb. 64-cü dəqiqədə Kərim Dəmirbay fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 90+1-ci dəqiqəsində Mauro İkardi müəyyənləşdirib. Adana təmsilçisinin qapısını Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev qoruyub.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 93-ə çatdıran “Qalatasaray” liderliyini davam etdirir. “Fənərbağça” 86 xalla ikinci pillədə qərarlaşıb.

Teqlər: