Leyen Bakıya dəvət olundu

Leyen Bakıya dəvət olundu

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen Bakıda keçirləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a dəvət olunub.

AzerTimes xəbər verir ki, bununla bağlı Azərbaycanın Belçikadakı səfiri və Avropa Birliyi (AB) yanında missiyanın rəhbəri Vaqif Sadıqov X hesabında paylaşım edib.

“AB-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı əsaslı fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Gimarayeşə dərin təşəkkürümü bildirirəm. Bu görüş həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenə noyabr ayında Bakıda keçiriləcək COP29-a dəvət məktubunun göndərilməsi də yaxşı fürsət oldu”, – diplomat paylaşımında qeyd edib.

Teqlər: