Şahramanyanın mühafizəçisi narkotiklə saxlanıldı

Şahramanyanın mühafizəçisi narkotiklə saxlanıldı

Qarabağda özünü buraxmış separatçıların keçmiş “prezidenti” Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyan saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Fevralın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Danielyanı İrəvanın Abovyan küçəsindən narkotik maddə saxlamaq və satmaqda şübhəli bilərək polis bölməsinə gətiriblər. İstintaq Komitəsinə onunla bağlı protokol təqdim edilib. Hazırda faktla əlaqədar Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Müstəntiqin qərarı ilə o, saxlanılıb”.

Teqlər: