Şahmatçılarımızdan növbəti qələbə…

Şahmatçılarımızdan növbəti qələbə…

Kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.

AzerTimes-ın məlumatına görə, “Vüqar Həşimov” II turda İsveçin “Stockholms” kollektivini sınağa çəkib. Görüş Azərbaycan təmsilçisinin 4,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

“Odlar Yurdu” isə Ukraynanın “Blue & Yellow” klubu ilə üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə məğlub edib.

Teqlər: