Şahmat üzrə 17-ci dünya çempionu müəyyənləşdi

Şahmat üzrə 17-ci dünya çempionu müəyyənləşdi

Çinli qrossmeyster Dinq Liren şahmat tacı uğrunda tay-breyk görüşündə rusiyalı Yan Nepomniyaşini məğlub edərək 17-ci dünya çempionu olub.

AzerTimes xəbər verir ki, görüşün qalibi tay-breykin dördüncü oyununda (sürətli, vaxta nəzarət 25 dəqiqə + 10 saniyə) müəyyənləşib.

Rus idmançı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.

Tay-brek hesabı 2,5:1,5 Lirenin xeyrinə yekunlaşıb.

Teqlər: