FTX dəhşətli qətlin üstünü 26 il sonra açdı

FTX dəhşətli qətlin üstünü 26 il sonra açdı

Sankt-Peterburqun vitse-qubernatoru Mixail Maneviçin 1997-ci ildə törədilmiş qətlinin üstü FTX və Rusiya Daxili İşlər Nazirliyi tərəfindən açılıb. Cinayəti mütəşəkkil cinayətkar dəstənin üzvləri sifarişlə törədib.

AzerTimes xəbər verir ki, “Sputnik Belarus” məlumat yayıb.

“Rusiyanın Federal Təhlükəsizlik Xidməti Rusiya Daxili İşlər Nazirliyi ilə birlikdə Sankt-Peterburq şəhərinin vitse-qubernatoru Mixail Maneviçin 1997-ci ildə törədilmiş qətlinin üstünü açıb. İstintaq müəyyən edib ki, cinayətdə şimal paytaxtının mütəşəkkil cinayətkar qrupunun iki üzvünün əli olub. Onlardan birinin vəzifəsi Maneviçin yaşayış yerini izləmək və vitse-qubernatorun hərəkəti haqqında məlumatı onun tərəfdaşına ötürməkdən ibarət olub. İkincisi Maneviçin olduğu maşına atəş açıb. Onun qətlini isə “Tambov” cinayətkar qrupunun rəhbəri Vladimir Barsukov (Kumarinin) sifariş verib”-, məlumatda deyilir.

Teqlər: