İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası
Baş nazirinin müavini Şahin Mustafayev mayın 18-də bu ölkənin
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd
Hüseyn Baqeri ilə görüşüb.
AzerTimes-ın məlumatına görə, Azərbaycan ərazilərinin işğaldan azad
olunması münasibətilə təbriklərini çatdıran İran Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn
Baqeri İranın Azərbaycanla əlaqələrinin inkişafında hər zaman
maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycanla İran arasında dostluq münasibətlərinin
xeyli inkişaf etdiyi və yeni mərhələyə qədəm qoyduğu vurğulanaraq,
müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti qeyd
edilib.
Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli, regional və
beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin
daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.