Prezident Gitanas Nauseda: Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır

Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır.
İkitərəfli münasibətlərin 2007-ci ildə imzalanmış Strateji
Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da
inkişaf etdirilməsi bizim marağımızdadır.

Trend xəbər
verir ki, bu fikirləri Litva Prezidenti Gitanas Nauseda Azərbaycan
Prezidenti İlham Əliyev ilə görüşlərindən sonra mətbuata
bəyanatında söyləyib.

“Mən tam inanıram ki, bizim iqtisadi əməkdaşlığımızın
genişləndirilməsi üçün böyük potensial var. Bu səbəbdən mən özümlə
Azərbaycana bir çox biznes nümayəndələrini gətirmişəm. Biz bazar
imkanlarını araşdırmaqda və ikitərəfli ticarət həcmlərini
artırmaqda maraqlıyıq. Mən, həmçinin Azərbaycan biznes missiyasını
bu ilin sonlarında Litvaya səfərə dəvət edirəm”, – deyə Litva
Prezidenti bildirib.

Prezident Gitanas Nauseda deyib ki, biz Avropa və onun
təhlükəsizlik arxitekturası üçün önəmli dönəmdəyik: “Biz indi
danışdığımız zaman Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü
müdafiə edir. O, həmçinin qaydalara əsaslanan beynəlxalq nizamı
müdafiə edir. İndi bütün mövcud praktiki vasitələrlə Ukraynanı
dəstəkləmək vacibdir”.

Teqlər: