Şahin Diniyev bu klubun baş məşqçisi təyin olundu

Şahin Diniyev bu klubun baş məşqçisi təyin olundu

Şahin Diniyev “Səbail” futbol klubuna baş məşqçi təyin olunub.

AzerTimes kluba istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə 2023/2024-cü il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Ş.Diniyev daha əvvəl baş məşqçi kimi “Terek” (Qroznı, Rusiya), “Qarabağ”, “Kəpəz”, “Rəvan” komandalarını və Azərbaycan milli komandasını çalışdırıb. Mütəxəssis son olaraq AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərib.

Teqlər: