Sahibkarlıq fəaliyyətinə verilən icazələrin yeni siyahısı təsdiq edildi

Xəbər - Elçin Mehdiyev Trend:

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

AzerTimes-ın məlumatına görə, bununla əlaqədar məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi də bu siyahıya daxil edilir.


Dəyişikliklər müzakrələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.