Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 42-yə
çatıb.

“Startap” şəhadətnaməsi “E-legal” MMC-nin hüquq məsləhət
xidmətlərinin onlayn təşkili, “Psixosən” MMC-nin psixoloq
xidmətlərinin onlayn təşkili üzrə vasitəçilik xidməti və fərdi
sahibkar Cavad İbrahimlinin kənd təsərrüfatı məhsullarının onlayn
satış platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni
aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə
azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,
eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı
linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Teqlər: