Sahibkarlar nağdsız ödəniş qəbulundan nə üçün yayınır? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Təəssüf ki, sahibkarların əksəriyyəti vergidən yayınmaqda maraqlı olduqlarından, plastik kartlarla ödənişləri qəbul etmək istəmirlər.

Bunu AzerTimes-a açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsinə ehtiyac var:

“Sahibkar plastik karla ödənişi qəbul edən zaman artıq həmin ödəniş rəsmi olaraq qeydiyyata düşür və belə olduqda da praktiki olaraq vergiyə cəlb olunur. Əksər ictima-iaşə və xidmət sektorunda çalışan, o cümlədən satışla məşğul olan müəssisələr çalışır ki, sadələşdirilmiş vergi subyekti olsunlar və ya əlavə dəyər vergisi ödəyicisi olasalar belə böyük məbləğdə vəsait ödəməsinlər. Nağd döyriyyə olduqda vəsaitin bir qismini gizlətmək mümkün olur. Nəticədə vergidən yayınılır və bu baxımdan da çox təəssüf ki sahibkarların bir qismi vergidən yayınmaqda maraqlıdırlar. Burada stimullaşdırıcı tədbirlərlə yanaşı, həm də nəzarətin gücləndirilməsi üçün qaydaların təkmilləşdirilməsinə ehtiyac var”.

Twitter:@cingizsafarli

Teqlər: