Qazax sakini Sabunçuda narkotiklə tutuldu (FOTO/VİDEO)

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha 1 nəfər tutulub.
Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Yaşar İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, Onun üzərindən 12 ədəd kibrit oqutusunda satış üçün qablaşdırdığı narkotik vasitə olan marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Yaşar İsmayılov aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını Balaxanı qəsəbəsində satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Yaşar İsmayılov tutularaq istintaqa cəlb olunub. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Teqlər: