Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrəyə səfər edəcək

Mayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə
parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfər
edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin
komitə sədri, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Hicran Hüseynova, deputatlardan Aqiyə Naxçıvanlı,
Vahid Əhmədov, Erkin Qədirli, parlament Aparatının rəhbəri Səfa
Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində parlamentin spikeri Sahibə Qafarovanın
ölkənin vitse-prezidenti, İsveçrə Parlamenti Milli Şurasının sədri,
Parlamentin Kantonlar Şurasının sədri ilə bir sıra görüşləri
nəzərdə tutulub.

Burada keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrimizin
bugünü və gələcək inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli
formatda əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə
fikir mübadiləsi aparılacaq.

Səfər mayın 11-də başa çatacaq.

Teqlər: