Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verdi

Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

AzerTimes xəbər verir ki, parlamentin spikeri bu barədə Tvitter hesabında yazıb.

“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, – Milli Məclisin sədri qeyd edib.

Teqlər: