Şahdağa qar, Şəkiyə dolu yağıb – Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend -ə verilən məlumata
görə, mayın 9-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində
qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə
şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi
yerlərində leysan xarakterli intensiv olub. Şahdağda qar yağıb, qar
örtüyünün hündürlüyü 1 sm olub.

Mayın 08-də saat 14:00-15:00 radələrində Şəkidə leysan yağışla
birlikdə xırda dənəli dolu yağıb.

Qobustanda 38.0 mm, Qəbələdə 28.0 mm, Oğuzda 27.0 mm, Şəkidə
25.0 mm, Sarıbaşda (Qax) 23.0 mm, Altıağacda 17.0 mm, Balakəndə
16.0 mm, Zaqatalada 14.0 mm, Astara, Lerik, Xaltanda 11.0 mm,
Ağdərədə (Ordubad) 10.0 mm, İsmayıllı, Şamaxı, Ağsu, Şahbuzda 8.0
mm, Şərurda 5.0 mm, Lənkəran, Ordubad, Göygöl, Göyçayda 4.0 mm,
Yardımlı, Qusar, Qrız, Şahdağ, Zərdabda 3.0 mm, Culfa, Daşkəsən,
Şəmkir, Tovuz, Yevlax, Beyləqan, Kürdəmirdə 2.0 mm, Ağdam,
Mingəçevir, Quba, Tərtər, Bərdə, Sabirabad, Cəfərxan, Salyan,
Hacıqabul, Şabranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakı,
Sumqayıtda 3.0 mm, Pirallahı, Maştağa, Binədə 1.0 mm-dək olub.

Ötən gün ərzində yağan yağışlarla əlaqədar əksər çaylarda
sululuğun artımı davam etmişdir. Mayın 09-da Kür çayının yuxarı
axımında Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm, Qanıx
çayının Cəlayir məntəqəsində 84 sm, Araz çayının Qıvraq
məntəqəsində 6 sm, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın
Zurnabad məntəqəsində 3 sm, Kürəkçayın Toğana məntəqəsində 10 sm,
Şəmkirçayın Qalakənd məntəqəsində 5 sm, Böyük Qafqazın ərazisindən
axan Vəlvələçayın Təngəaltı məntəqəsində 4 sm, Lənkəran-Astara
bölgəsinin ərazisindən axan Təngərüdçayın Vaqo məntəqəsində 7 sm,
Kür çayının aşağı axınında Yevlax məntəqəsində 7 sm, Zərdabda 64
sm, Surrada 10 sm, Şirvanda 10 sm, Salyan məntəqəsində isə 8 sm
artım müşahidə olunmuşdur.

Şimal-qərb küləyi mayın 8-i səhər saatlarında arabir Tovuz,
Naftalanda 24 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s,
Çilov adası, Pirallahıda 20 m/s, Binə, Neft daşlarında 17 m/s-dək
güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın
hündürlüyü 3.4 metrə çatıb.

Havanın maksimal temperaturu: mayın 08-də Bakıda iqlim
normasından 1.5° aşağı olub, Bakıda və Abşeron yarımadasında 16-18°
isti, Naxçıvan MR-da 17-22° isti, dağlıq rayonlarda 7-9° isti, aran
rayonlarında 15-17° isti olub.

Teqlər: