Şah Çıraq terroru: Həbs olunanların sayı 20-yə çatdı

Şah Çıraq terroru: Həbs olunanların sayı 20-yə çatdı

İranın Şiraz şəhərindəki Şah Çıraq ziyarətgahında törədilən cinayətə görə 20 şübhəli həbs edilib.

AzerTimes xəbər verir ki, bunu Fars əyalətinin baş hakimi Kazım Musəvi bildirib.

Onun sözlərinə görə, terror hadisəsində təqsirli sayılan əsas şübhəliyə dair ittiham aktı gələn həftə açıqlanacaq:

“Terrorçu təxminən, 25 yaşındadır və milliyyətcə tacikdir. Baş verən hadisəyə görə peşman deyil. Əslində, bu adamın beynini o qədər yuyublar ki, yenə də peşman olmadığını deyir”, – Musəvi bildirib.

Teqlər: