Şadlıq evindəki yanğının səbəbləri araşdırılır – Polkovnik

Şadlıq evindəki yanğının səbəbləri araşdırılır – Polkovnik

İlkin baxışlara görə, Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində təmir işləri gedirdi. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

AzerTimes xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi polkovnik Tahir Quliyev deyib.

Onun sözlərinə görə, bu gün 14:40 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub: “Təxminən 3 dəqiqədən sonra bölmələrimiz hadisə yerinə çatıb. Yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Təxminən 30 dəqiqə ərzində yanğının qarşısı alınıb”.

T.Quliyev bildirib ki, yanğın nəticəsində FHN-in əməkdaşlarından və vətəndaşlardan xəsarət alan yoxdur.

Teqlər: