Saç tökülməsinin bir çox səbəbləri var. Ən çox rast gəlinən
səbəblərdən biri də dəmir azlığıdır.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin
mütəxəsis-eksperti, terapevt Zakir Quliyev deyib.
D vitaminin çatışmazlığı, qalxanabənzər vəzin xəstəlikləri səbəb
də saç tökülməsinə səbəb olur.
“Hər halda saç tökülməsi varsa, bunun alt səbəbi axtarılmalı və
düzgün müalicə aparılmalıdır. Düzgün müalicə aparılarsa, saç
tökülməsinin qarşısı alınar. Günəşli havada gəzərək D vitamini
qəbul etmək də saç tökülməsinin qarşısını almaq üçün faydalıdır”, –
deyə o bildirib.