Sabunçuda kişi keçmiş arvadını və özünü küçədə güllələyib öldürdü – RƏSMİ

Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova
və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış
araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi
münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu
silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra
özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: