Ekspedisiya qrupu Xəzər dənizində suitilərin hərəkətini müşahidə edib (FOTO)

Xəzər dənizində növbəti monitorinqlərin aparılması məqsədilə
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan
elmi-tədqiqat gəmisi ilə dənizə çıxan ekspedisiya qrupu tərəfindən
Nərimanov NQÇİ-nin “8 mart” yatağı ərazisində suitilərin hərəkəti
müşahidə olunub.

Eyni zamanda, Bulla adası ətrafında müxtəlif ornitofauna
növlərinin aktivliyi qeydə alınıb.

Trend xəbər verir ki, bunu ekspedisiya qrupunun rəhbəri Nazim
Mahmudov bildirib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu
tərəfindən monitorinqlər 10 aprel tarixinədək davam
etdiriləcək.

Teqlər: