Şabranda minik avtomobilləri toqquşdu: yaralılar var

Şabranda minik avtomobilləri toqquşdu: yaralılar var

Şabranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı minik maşını nasazlıq səbəbindən yolun kənarında dayanan VAZ 21019 markalı avtomobillə toqquşub. Qəza nəticəsində yaralanan iki nəfər təcili tibbi yardım maşını ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: