Şabranda ağır qəza: ölənlər var

Şabranda ağır qəza: ölənlər var

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində baş verib.

Belə ki, VAZ-2107 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı və ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: