Şabranda ağır qəza: 1 ölü, 4 yaralı

Şabranda ağır qəza: 1 ölü, 4 yaralı

Şabranda avtomobil qəzası baş verib.

AzerTimes xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun rayonun Çuxurəzəmi kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib (kimliyi dəqiqləşdirilir – red.). Eyni zamanda Şabran rayon sakinləri – 1958-ci il təvəllüdlü Gülmirzə Əlifşalı oğlu İbrahimov, 1959-cu il təvəllüdlü Gülümnaz Əlisahib qızı İbrahimova, 1986-cı il təvəllüdlü Xuraman Heydər qızı İbrahimova və Sumqayit şəhər sakini 1957-ci il təvəllüdlü Məhəmməd Əmirulla oğlu Türbətov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Teqlər: