Sabirabadda yaşlı kişi dəm qazından boğuldu

Sabirabadda yaşlı kişi dəm qazından boğuldu

Sabirabadda 61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Səfər Əli oğlu İsmayılov hamamda çimərkən dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Xəstəxanasına çatdırılsa da, artıq gec olub. S.İsmayılov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: