Xəbər - Fərid Zöhrabov – Trend:
Sabirabad rayonu Kürkəndi kənd sakini İslam Cəbrayılova COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.